İngiltərədə ilk dəfə hicablı bir qadın hakim təyin edildi

İngiltərədə ilk dəfə hicablı müsəlman bir qadın hakim olub. Müsəlman Rafia Arşad keçən həftə Midlənds bölgəsinə hakim təyin edilməsinə dair məktub alıb.

Metbuat.az xəbər verir ki, 17 ildən çoxduq ailə hüququ sahəsində çalışan 40 yaşlı Arşad bunun təkcə özünün uğuru yox, bütün müsəlman qadınların uğuru olduğunu deyib. O, başqa qadınların hicablı olduğu üçün ona vəkil ola bilməyəcəyini dediklərini bildirib.

Ona bu vəzifəni verən Hüquq Dairəsi rəhbərləri Vikie Hodges və Cudi Klakston da Arşadın tamamilə ləyaqət əsas götürülərək bu vəzifəyə təyin edilməsindən məmnun olduqlarını dilə gətiriblər.

Mənbə: sondakika.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR