Ədəbiyyatşünaslıq elmini zirvələrə daşıyan ƏZİZ MİRƏHMƏDOV - 100

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Azərbaycan ədə­biy­yat­şü­naslığının görkəmli nümayəndəsi, tanınmış tənqidçi və mətnşünas alim, Azərbaycan Res­publikasının Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, fi­lo­lo­gi­ya elmləri doktoru, professor Əziz Mirfeyzulla oğlu Mirəhmədovun anadan olmasının 100 illiyi ilə bağlı 28 fevral 2020-ci ildə Sərəncam imzalamışdır.

Əməkdar elm xadimi Əziz Mirəhmədov Azərbaycan ədəbiyyatı və pedaqoji fikir tarixində rea­lizm, romantizm, satirik cərəyan, bədii fikirlə sosioloji-fəlsəfi fikrin mü­na­si­bət­ləri, ənənə, qar­şılıqlı ədəbi əlaqələr və sair kimi filoloji-pedaqoji-psixoloji mövzularla bə­rabər, Azər­bay­can mənəvi mədəniyyəti ilə – incəsənət, dövri mətbuat, kitab tarixi, mətn­­şünaslıq və mə­xəzşünaslıqla da maraqlanmış, çox vaxt bir-biri ilə sıx bağlı, bir-birini ta­mamlayan bu iki predmeti sintez halında öyrənmişdir.

Əziz Mirəhmədovun (1920-2002) pedaqoji ictimaiyyət tərəfindən yüksək qiy­mət­lən­dirilən “So­vet Azər­bay­­­canının kitab mədəniyyəti”, “Yazıçılar, talelər, əsərlər”, “Azər­bay­can ədə­biy­ya­tına dair tədqiqlər”, “Sabir”, “Məhəmməd Hadi”, “Azərbaycan Molla Nəs­rəddini” kimi mo­noq­ra­fiyaları bu gün də tədqiqatçı alim və müəllimlərin stolüstü ki­ta­bıdır. Ona görə ki, Əziz Mi­rəh­mə­dov bu əsər­lərin içərisində bəhs olunan maarifçi ba­ha­dır­ları Azər­baycan, Le­ninq­­­rad (Sank Pe­ter­burq), Moskva, Gürcüstan, İrəvan ar­xiv­lə­rin­dən, küt­lə­vi və şəxsi ki­tab­xa­na­lar­dan, üzərini toz basmış qovluqlardan vərəqləyərək gün üzü­nə çı­xar­mışdır. Elmin və təh­silin inkişaf ta­ri­xini əks etdirən çoxlu sayda yeni sə­nəd­lə­ri və mən­bələri elmi döv­rüy­yə­yə daxil et­miş­dir. Bununla da Əziz Mirəhmədov xal­qı­mı­zın ta­ri­xi­nin kifayət qə­dər öy­rə­nilməmiş qa­­ran­lıq səhifələrinin zəngin arxiv materialları əsa­sında təd­qiq edil­mə­­sini və ya­zılmasını, ye­ni ta­rix konsepsiyasının əsaslı surətdə iş­lə­nib ha­zır­lan­masını təd­qiqatçılar, ta­rixçi alim­lər, bü­tövlükdə ədəbiyyat və pedaqoji fikir ta­rixçiləri qa­r­şısında mühüm bir və­zifə kimi qoy­­muş­dur.

“Ədə­­biyyatşünaslıq terminləri”, “Ədəbiyyat müntəxabatı”, “Ədə­biyyat” kimi dərs va­­sitləri, lüğət və proqramlar hazırlaması Əziz Mirəhmədovun vətənə, xalqa, millətə fə­da­­kar xidmətinin ən bariz nümunəsi, əsil vətəndaşlıq örnəyidir. Bütün bunlar Əziz müəl­li­­min yaradıcılığının həyatiliyinin və həmişəyaşarlığının sübutudur.

Azərbaycan ədəbi-pedaqoji tənqidin inkişafında Əziz Mirəhmədovun xidmətləri bö­yükdür. Əziz müəllimin ədəbi prosesdə olan tənqidləri də istiqamətverici tənqid ol­muş­dur. Onun tənqidi yazıları xeyirxahlıq, tərbiyəedici, maarifləndirici və qeyd et­di­yi­miz ki­mi istiqamətverici yöndə olan tənqidlər olmuşdur. Öz tənqidi qeydləri ilə tənqid olunanın “mən”ini kiçiltməmiş, adiləşdirməmişdir. Əksinə, tənqid etdiyi “mən”i öz sə­viy­yə­sin­də sax­lamışdır.

Əziz Mirəhmədovun fundamental tədqiqat əsərlərinin işlənmə metodikasında (“Sabir” – 1958, “Azər­bay­can Molla Nəs­rəd­di­ni” – 1980, “Azərbaycan ədəbiyyatına dair təd­qiq­lər” – 1983, “Məhəmməd Hadi” – 1985 və s. ) ona məx­­sus borc, məsuliyyət, milli qürur, vətəndaşlıq qeyrəti, milli ləyaqəti özünə ehtiva edən xoş əməl, qayğıkeşlik, xe­yir­xah­lıq, vicdanlılıq, insanpərvərlik kimi keyfiyyətlərin tə­zahürü aydın duyulur və hiss edi­lir. Bu da onun milli vətəndaşlıq şərəfindən və yet­kin­li­yin­dən qaynaqlanmışdır. Geniş ədə­bi yaradıcılıq diapozonu və fəaliyyət dairəsinə malik Əziz Mirəhmədovun əsərlərində özü­nü göstərən elmi-tədqiqat metodlarının təhlili gös­tə­rir ki, o, əqli imkanlarının ma­hiy­yə­tini özündə əks etdirən təfəkkürün müxtəlif for­ma­la­rın­­dan bəhrələnmişdir. Özü də bu me­todika fasiləsizliyi, məntiqiliyi, tarixiliyi və di­na­mik­­liyi ilə oxucunun diqqətini cəlb etmişdir.

Bu cəhətdən Əziz Mirəhmədovun namizədlik dissertasiyası əsasında hazırlamış “Sabir” adlı monoqrafiyası xüsusi ma­raq doğurur. Kitabda Mirzə Ələkbər Sa­birin mü­hi­tin tə­si­rin­dən qaynaqlanan həyatı, prak­tik pedaqoji fəaliyyəti və ideyaları, o cüm­lədən Sa­bi­rin gö­rüş­­lərinin digər aspektləri təd­qiq və təhlil edilmişdir. Əziz Mi­rəh­mə­dov Mirzə Ələk­bər Sa­­birin millətinin ma­arif­lən­mə­sində ana dilinin rolu, millətinin mə­nə­vi şüurunun for­­ma­laş­­masında əqli, milli əxlaqi tərbiyənin imkanları, məktəb, müəllim haq­qında satirik şeir­­lə­­rinin əhəmiyyətini yaradıcı təfəkkür süzgəcindən keçirmişdir. Mi­rəh­mədov ideya və mü­­­lahizələrini satirik şairin (“Sabir realizminin ideya-bədii mənbələri və tarixi kökləri”, “Sa­­bir və XX əsr Azərbaycan ədəbiyyatında satiranın bəzi məsələləri”, “Sa­bir şeirinin hə­ya­­­ta və ədəbiyyata təsiri” və s.) və ilk dəfə tədqiqata cəlb etdiyi ma­te­rial­lara istinadən inan­­­­dırıcı və alim məntiqinə müvafiq, dövrün reallıqları fonunda təhlil edə­rək ümu­mi­ləş­dir­­­mişdir. Mirzə Ələkbər Sabir yaradıcılığı və ictimai-siyasi baxışlarına ya­naşma priz­ma­sı birmənalı deyil, müxtəlif istiqamətli olmuşdur. Əziz Mirəhmədovun ya­naşma tərzi hər cür təhrif, şəxsi və subyektiv fikirlərdən uzaq olmaqla, milli tə­əs­süb­keş­liyi ifadə edən pe­şə­kar tədqiqatçı, vətəndaş-alim mövqeyinin prinsipiallığını əks et­dir­miş­dir.

Əziz Mirəhmədov doktorluq dissertasiyası müdafiəsini çox gecikdirmişdir. Bu ge­cik­mə isə ziyalıların bir çoxunu çox narahat etmişdir. Belə narahatçılıq ya­şa­yan­lar­dan biri də xalq yazıçısı Elçin müəllim olmuşdur. Akademik Məmməd Cəfərin yaradıcılıq gö­rüş­lə­ri­­ni “Cə­fər müəllim” adı ilə təhlil edən Elçin müəllim yazır: “O vaxt Əziz Mi­rəh­mədov dok­tor­luq dissertasiyasının müdafiəsini elə hey uzadırdı və yaxın adamlar hər dəfə Əziz müəl­­­li­mi görəndə nə vaxt müdafiə edəcəyini soruşurdu. Mən də daxil ol­maq­la ha­mı bunu so­ru­şur­du, təkcə Cəfər müəllimdən başqa. Əziz müəllim tez-tez bizim şöbəyə gə­lirdi, Cə­fər müəl­limlə onun arasında... sabit bir dostluq var idi, oturub, necə deyərlər, söh­bət­ləş­ir­di­­lər, zarafatlaşırdılar və yaxşı yadimdadır, bir dəfə mən Cəfər müəllimdən so­ru­şanda ki, nə üçün dostuna təsir etmir ki, tez müdafiə etsin, Cəfər müəllim özünə xas olan bir sa­kit­lik­lə (əs­lində müsahibini sakitləşdirə-sakitləşdirə!) dedi: “Əziz ciddi adam­dır”. Həmin üç kəl­mə söz çox şey deyirdi, ən əsası isə bunu deyirdi ki, müdafiəyə nə var ki, müdafiə asan şey­dir. Cəfər müəllim yaxşı bilirdi ki, dostu bəzi başqaları kimi, mü­da­fiə­ni elmi ad al­maq xət­rinə etmir, ədəbiyyatşünaslıq elminin naminə çalışır. Yoxsa doğ­ru­dan da mü­da­fiə­yə nə var ki... (xüsusən də Əziz Mirəhmədov kimi güclü qələm sahibi üçün!” [Bax: Elçin. Klas­sik­lər və müasirlər. Bakı: Yazıçı, 1987, səh.151].

Sabirşünas və Məmmədquluzadəşünas alim Əziz Mirəhmədov, nəhayət 1973-cü il­də “Cəlil Məmmədquluzadə və XX əsrin əvvəllərində Azərbaycan dövrü mətbuat mə­sə­lə­­lə­­ri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Həmin tədqiqat əsəri əsa­sın­da hazırlamış olduğu “Azər­bay­can Molla Nəs­rəd­di­ni” (1980) adlı sanballı mo­noq­ra­fi­ya­sı “milli ədəbiyyatşünaslığımızın nadir və qiymətli nümunəsi hesab olunur”.

Əziz Mirəhmədovun müqəddimə, beş fəsil, son söz və məxəzlərdən ibarət olan “Azər­­­bay­can Molla Nəs­rəd­di­ni” sanballı mo­noq­ra­fi­ya­sına hər dəfə nəzər salsaq gö­rə­cə­yik ki, müəllifin öz tədqiqatında istinad etdiyi metodika-təhlil, mühakimə, fikir və ide­ya­lar obyektiv faktlara, təmkinli, sistemli araşdırmalara, arxiv sənədlərinə, yazılı ədə­biy­ya­ta, obyektiv yanaşma prinsipinə əsaslanmışdır. Milli təəssübkeşlik baxımından tədqiq edi­lən monoqrafiyanın birinci fəsli “Cəlil Məmmədquluzadə dünyagörüşünün təşəkkülü və inkişaf istiqamətləri” adlanır. İki yarımfəsildən ibarət olan bu fəsildə Mirzə Cəlilin “yed­di-səkkiz yaşında ikən Naxçıvanda Hacı Bağırın və Molla Əlinin məktəblərində oxu­ma­ğa başlaması” [Bax: səh.9] və Qori müəllimlər seminariyasında oxuduğu illər [Bax: səh.12] əks etdirilmişdir. Azərbaycan, rus və avropa nümayəndələrindən Füzuli, Zakir, Seyid Əzim, Aksakov, Qriboyedov, Qoqol, Turgenev, Qonçarov, Krılov, Puşkin, Ler­man­­tov, Tolstoy, Uşinski, Piroqov, Şekspir, Pestalotsi, Conn Lokk, Komenski və di­gər­lə­ri­nin Cəlil Məm­mədquluzadənin dünyagörüşünə və gələcəkdə elmi-pedaqoji fəaliyyətinə gös­tə­rə­cə­yi təsir təhlil edilmişdir.

Monoqrafiyada milli mənlik şüuru və ləyaqətin yetişən nəsildə inkişaf edib for­ma­laş­masında, müəllim və məktəbin aparıcı rolu haqqında Cəlil Məmmədquluzadənin gö­rü­şü təhlil olunmuş, ilk mənbələrdən gətirilən iqtibaslarla təsdiqlənmişdir. Milli mənlik şüuru və lə­yaqət kimi əxlaqi kateqoriyalar baxımından yanaşma prinsipi elmi tədqiqat me­­­tod­la­rı­nın aparıcı istiqamətlərdən olduğunu gözəl dərk edən Əziz Mirəhmədov mo­noq­rafiyanın di­gər hissələrində də bu səmimi duyuma sadiq qalmışdır. Bu özünü Cəlil Məm­məd­­qu­lu­za­də­nin ana dili və onun tədrisi haqqında fikirlərinin üzə çıxarılaraq təhlil edil­mə­sində daha ba­­riz göstərir. Çünki ana dili xalqın milli varlığı, milli şüurun inkişaf və for­malaşmasında xal­­qın yaratdığı əvəzolunmaz incidir. Elə bu səbəbdən də Əziz Mi­rəh­mə­dov əsərində Cə­lil Məmmədquluzadənin ana dili və onun məktəblərdə tədrisini tə­xi­rə­sa­lınmaz vəzifə ki­mi irəli sürdüyünü, bu sahədə hər cür müqavimət və maneələrə qarşı qə­tiyyətli mü­ba­ri­zə­si­ni əsil elmi tədqiqatçıya məxsus yanaşma ilə təhlil etmişdir. Ana dili və onun tədrisinə la­qeyd münasibət göstərənlərə Cəlil Məmmədquluzadənin – “Yazıda bö­yük cürətimiz o ol­du ki, açıq ana dilində yazmaqdan biz utanmadıq” [Bax: səh.243] ki­mi fik­ri ön plana çə­kən Əziz Mirəhmədov Cəlil Məmmədquluzadənin ana dilinin qo­ru­nub sax­lanılacağına, in­kişaf edib zənginləşəcəyinə nikbin baxışını diqqətdən qa­çır­ma­mış­dır.

“Fırtına illərində”, “Ağır mübarizələr dövrü” kimi III və V fəsillərdə yenə də Cəlil Məmmədquluzadənin dünya ədəbiyyatına yaradıcı münasibəti, Şərqin müdrik gülüş us­ta­sı Nəsrəddin surətinin onun bədii təfəkküründə meydana çıxması və transformasiyası, bol­­şevizm ideyalarının satirik “Molla Nəsrəddin” jurnalı üçün əhəmiyyəti, mol­la­nəs­rəd­din­çilərin birinci rus inqilabı zamanı və sonra Azərbaycanda gedən ideoloji mü­ba­ri­zə­lər­də rolu və xidməti məsələlərinə Əziz Mirəhmədov tərəfindən xüsusi diqqətyetirilmişdir. Cəlil Məm­mədquluzadə publisistikasının təhlili, habelə, ədibin milli dövri mətbuatın və kitab mə­dəniyyətinin inkişafı yolunda qızğın fəaliyyəti, “Qeyrət” mətbəə-nəşriyyatında işi haq­qın­da bəhslər Əziz Mirəhmədov tədqiqində mərkəzi yer tutur. Monoqrafiyanın bir çox sə­hi­fələrində, “Molla Nəsrəddin”in banisi və redaktorunun öz məsləkdaşları Mirzə Ələkbər Sabir, Əbdürrəhim Bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə, Əliqulu Qəm­kü­sar, Əli Nəzmi və başqaları ilə yaradıcılıq münasibətlərindən, nəhayət, onun sosial-estetik idea­lı­nın mahiyyətindən bəhs etmişdir. Tədqiqatçı alimlər də etiraf edərlər ki, əsər zəngin ədə­bi-tarixi məxəzlər əsasında yazılmışdır.

Əziz Mirəhmədov Cəlil Məmmədquluzadənin iki (1951-1954) , üç (1966-1967) və al­tı cildlik (1983-1985) əsərlər külliyyatını tərtib etmiş (Turan Həsənzadə ilə birlikdə), ça­­pa hazırlamış, bu nəşrlərə mü­qəd­dimə, qeyd, izah və şərhlər yazmış, ədəbi-tənqidi və pub­­­lisist irsinin çox hissəsini, məktubları, xatirələri külliyyat halına salmışdır. Təbii ki, bun­­lar da Əziz Mirəhmədovun ço­xil­lik elmi fəaliyyətinin nəticəsinin bəhrəsidir. Həm­çi­nin, Əziz Mirəhmədov “Molla Nəsrəddin” jurnalı kimi birinci dərəcəli əhəmiyyətə malik bir məxəzi kompleks halına salan ilklərdəndir. Bu münasibətlə Əziz Mirəhmədov ya­zıır­dı: “60-cı illərin axırlarına qədər “Molla Nəsrəddin” jurnalı kimi birinci dərəcəli əhə­miy­yə­­tə malik bir məxəz nə Bakının, nə də Tbilisi, Moskva, Leninqrad və başqa sovet şə­hər­lə­­­rinin arxivində tam kompklekt halında toplanılmamışdır, bu jurnalın ictimai-ədəbi tə­si­ri, nəş­ri tarixi, ədəbiyyat və mətbuat tarixindəki mövqeyi haqqında çox az şey məlum idi” [Bax: Azərbaycan ədəbiyyatına dair təd­qiq­lər. Bakı: “Maarif”, 1983, səh.5]. On iki cild­dən ibarət olan “Molla Nəsrəddin” jurnalı mətnlərinin transliteriyası, çapa ha­zır­lan­ma­sı və bu qiymətli abidənin I və II cildlərinin nəşr edilməsi Əziz Mirəhmədov və onun rəh­­bər­­lik etdiyi tədqiqatçılar qrupunun adı ilə bağlı olmuşdur.

“Elmdə heç bir zaman “son nöqtə” ola bilməz” – deyən Əziz Mirəhmədovun“Azər­­­­­­­baycan ədəbiyyatına dair təd­qiq­lər” kitabı da zəngin tədqiqat materialı, arxiv sə­nəd­lə­­­ri və dövri mətbuatdan götürülmüş ta­­rixi faktlar əsasında yazılmışdır. XIX əsrin axırı, XX əsrin əvvəlində yaradılan zəngin, rən­­garəng elmi-filoloji irs zəminində, uzun illərin gər­­­gin əməyi, böyük axtarışları ba­ha­sı­na başa gəlmişdir. Qasım Bəy Zakir, Mirzə Fətəli Axun­­­­dov, Mirzə Əli Möcüz, Üze­yir Hacıbəyov, Müslüm Maqomayev, İsmayıl Bəy Qut­qa­­­­­şınlı, İsa Sultan, Abdulla Şaiq və başqaları haqqında faktları, məlumatları, epis­tol­yar ma­­­­­terialları, bədii nümunələri Əziz Mirəhmədov ilk dəfə aşkara çıxarmış və tədqiq et­miş­dir.

Ədəbiyyatşünaslıq ensiklopediyasının əsas yaradıcılarından olan Əziz Mirəhmədov “Əkin­çi” qəzetinin də yeni əlifba ilə nəşr edilərək geniş oxucu auditoriyasına çat­dı­rıl­ma­sın­­da təqdirəlayiq iş görmüşdür.

Bütün həyatını elmin inkişafına həsr edən Əziz Mirəhmədov, həmçinin, 30-dan ar­tıq yüksəkixtisaslı alimlər kadrı hazırlayaraq elmi mühitə təqdim etmişdir.

Xalq yazıçısı Süleyman Rəhimov yazır ki, “Zəmanəmizdə kitabsız mədəniyyətdən və mədəni inqilabdan danışmaq olmaz! Kitab insan ağlının və əməyinin məhsuludur... Ki­­tab elm və sənət abidəsidir. Böyük filosoflar, şairlər və alimlər kitabla yaşayırlar. Ni­zami “Xəmsə” ilə, Tolstoy “Hərb və sülh ilə”, Sabir “Hophopnamə” ilə yaşayır. Kitab ol­ma­saydı, bəşəriyyətin böyük simaları ulduzlar kimi öz vaxtlarında parlayıb, sonra sönüb gedərdilər”. Bu gün tanınmış tənqidçi və mətnşünas alim, Azərbaycan Res­pub­li­ka­sı­nın Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, fi­lo­lo­gi­ya elmləri dok­toru, professor Əziz Mirəhmədov aramızda yoxdur. Ancaq Əziz Mirəhmədovu bə­şə­riy­yə­tin böyük simasına çevirən, əbədiyaşar edən əsərləri olacaqdır.

KAMAL CAMALOV

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Azərbaycan Yazıçılar Birliyinin üzvü


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR