SON DƏQİQƏ: Baş Nazir qərar verdi: Cümə günü 14:00-dan başlayaraq... - RƏSMİ

Bakı, Sumqayıt, GəncəLənkəran şəhərlərində cümə günü saat 14:00-dan bazar ertəsi səhərə qədər iş qrafikinin tam məhdudlaşdırılacağı ilə bağlı qərar qəbul olunub.

Metbuat.az xəbər verir ki, dövlət və özəl müəssisələr sabah saat 14:00-a kimi fəaliyyət göstərəcək. Buna görə artıq yerli icra hakimiyyəti və bir sıra dövlət orqanlarının əməkdaşlarına məlumat verilib. Onlara qaydalara ciddi əməl etmələri tövsiyə olunub.

Qeyd edək ki, hazırda Baş nazir Əli Əsədovun başçılığı ilə iclas keçirilir və yaxın saatlarda qərarla bağlı detallar ictimaiyyətə açıqlanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR