Balakəndə narkotik vasitə becərən qohumlar saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olan rayon sakinləri Aslan Uzunov və onun qohumu İsmət Qardaşov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, yuxarıda adları qeyd olunan şəxslər qabaqcadan əlbir olaraq, Poştbinə kəndi ərazisindəki meşə massivində narkotik tərkibli çətənə bitkiləri becəriblər. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilən zaman oradan 22 ədəd aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı Polis Şöbəsində araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR