DƏHŞƏT! 18 yaşlı yeniyetmə faciəli şəkildə öldü -

Türkiyədə 18 yaşlı gənc faciəli şəkildə həyatını itirib.

Metbuat.az xəbər verir ki, Türkiyənin Marmaris şəhərinin Uzunyalı bölgəsində dostları ilə bir restorana gələn 18 yaşlı yeniyetmənin üstünə 1 tonluq su çəni düşüb. Talehsiz yeniyetmə aldığı zərbənin gücündən hadisə yerində vəfat edib.


Hadisə şahidlərinin sözlərinə görə 5 mərtəbəli köhnə binanın damı çənin ağırlığına tab gətirə bilməyib. Nəticədə çəni saxlayan dayaqlar qrılıb. Həmin anda çən binanın altında dostları ilə restoranda yer olmadığı üçün növbə gözləyən 18 yaşındakı Batuhan Kaan Gül, 4 adamın üzərinə düşüb.


Hadisə yerinə gələn polis və təcili yardım xidmətinin müdaxiləsinə baxmayaraq gəncin həyatını xilas etmək mümkün olmayıb. Digər dörd nəfərin isə vəziyyəti kafı qiymətləndirilir.

Bu hadisədən sonra gəncin valideynləri nevroloji kriz keçiriblər.Onlar təcili yardımla xəstəxanaya çatdırılıblar.

Respublika Prokurorluğu faciəli ölümlə əlaqədar istintaq başladıb.

Mənbə:Sondakika.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR