Rus qırıcıları Türkiyə nəzarətindəki bölgəni vurdu:

Rus hərbi təyyarələri Suriyanın şimalındakı Türkiyə nəzarətindəki yaşayış yerlərinə hava hücumu gerçəkləşdirib.

Metbuat.az xəbər verir ki, ilk məlumatlara görə hücum nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralıların içində uşaqların da olduğu bildirilir. Ölü və yaralıların artma ehtimalı olduğu qeyd olunub.

Sözügedən Bab bölgəsini Türkiyə ordusu və Suriya Milli Ordusu 2017-ci ildə İŞİD işğalından azad etmişdi.

Mənbə: Anadolu Ajansı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR