"Araz" supermarketin gənc müdiri iş başında dünyasını dəyişdi -

“Araz” supermarketlər şəbəkəsinin Zuğulba filialının müdiri Tehran Musayev iş başında dünyasını dəyişib.

Metbuat.az konkret.az-a istinadən xəbər verir ki, 27 yaşlı gənc müdirin ürəktutmasından vəfat etdiyi bildirilib. O, marketdə iş başında olarkən qəfil vəziyyəti pisləşib və bir neçə saatdan sonra keçinib.

Qeyd edək ki, xeyli müddətdir “Araz” supermarketlər şəbəkəsində çalışan T.Musayev ailəli və bir uşaq atası idi.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR