.

Azərbaycan mədəniyyətinə AĞIR İTKİ ÜZ VERDİ - Görkəmli aktrisamız VƏFAT ETDİ

.

Azərbaycan kino sənətində Maya və Ulduz obrazları ilə yaddaşlarda qalan aktrisa və pianoçu Tamilla Rüstəmova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, qeyd edək ki, Tamilla Rüstəmova Azərbaycanın görkemli bəstəkarı Səid Rüstəmovun ailəsində dünyaya göz açmışdır.

1959-cu ildə Qnesinalar adına Musiqi institutunun "fortepiano" ixtisası üzrə bitirmişdir. Həmin il institutun tələbəsi olan vokalçı Olgerd Krastınşa ərə gedərək Riqaya köçmüşdür. Bir neçə bədii filmdə yadda qalan obrazlar yaratmışdır. Onun ən yaddaqalan obrazları "Ulduz" filmində Ulduz və "Böyük dayaq" filmində Maya bacı rollarıdır. Moskvada yaşayıb.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR