​Prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin təşviqi daim diqqət mərkəzində saxlanılır

.

Müasir dövrün və dövlət siyasətinin tələblərinə uyğun olaraq, prokurorluq işçilərinin fəaliyyətində çevikliyin, səmərəliliyin, peşəkarlığın, şəffaflığın təmin edilməsi və artırılması məqsədi ilə əməkdaşların nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi daim diqqətdə saxlanılmaqla, bu sahədə beynəlxalq təşkilatların müsbət təcrübələrinin öyrənilməsi istiqamətində tədbirlər görülməkdədir.

Metbuat.az xəbər verir ki, belə ki, cari ilin 24 iyul tarixində Avropa İttifaqı (Aİ) və Avropa Şurasının (AŞ) Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (YİT) Proqramının ikinci mərhələsi çərçivəsində “Varşava Konvensiyası müddəalarının tətbiqi” mövzusunda keçirilmiş təlim kursunda Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev, həmin idarənin rəis müavini İsmayıl Qayıbov, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazov, o cümlədən prokurorluğun və bir neçə hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak etmişlər.

Təlim kursunda həmçinin İqtisadi Cinayətlər və Əməkdaşlıq şöbəsinin rəhbəri Mustafa Ferati, habelə Avropa Şurasının ekspertləri Klaudiyo Stroligo və Martin Poleyn iştirak etmişlər.

Videoformatda keçirilmiş təlim kursu Varşava Konvensiyası ilə tənzimlənən müxtəlif istintaq hərəkətləri, çirkli pulların yuyulmasının qarşısının alınması, bu növ cinayətlərin istintaqının aparılması qaydaları, habelə aktivlərin geri qaytarılması sahəsində görülməli olan işlər, əmlakın bərpası üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələlərini əhatə etməklə, sözügedən növ cinayətlərin törədilməsi nəticəsində leqallaşdırılmış əmlakın bərpa edilməsinə töhfə verəcək Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin yaradılmasından bəhs edilmişdir.

Təlimin əsas məqsədi Avropa Şurasının təcrübəli ekspertləri tərəfindən çirkli pulların yuyulmasına qarşı mübarizənin və aktivlərin bərpası sahəsində fəaliyyətin gücləndirilməsi üzrə uğurlu təcrübə və bilik mübadiləsinin aparılması, o cümlədən gələcəkdə daha sıx əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi olmuşdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR