“Dakar” dairəsində hərəkət dayandı -

Hazırda Bakının “Dakar” dairəsində nəqliyyatın hərəkəti dayanıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Metbuat.az-a verilən məlumata görə, buna səbəb nəqliyyat vasitələrinin çoxluğu və sürücülərin dairədə bir-birilərinə yol verməmələridir.

"Bu səbəbdən hazırda "Dakar" dairəsinə bütün istiqamətlərdə sıxlıq müşahidə olunur. Bu vəziyyətdən ən çox əziyyət çəkən ictimai nəqliyyat istifadəçiləridir. Avtobuslar sıxlıqda qaldığından insanlar piyada gedir", - deyə BNA-dan bildirilib.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR