Aya Sofyada Əbülfəz Elçibəyin ruhuna Mövlud oxunub -

İstanbulda Aya Sofya məbədində Azərbaycanın sabiq prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin ruhuna xatir Mövlud-i Şərif oxudulub.

Metbuat.az xəbər verir ki, ölümünün 20-ci ildönümündə anılan Ə.Elçibəyin ruhuna dualar edilib, ilahilər səsləndirilib.

Mərasim Elçibəy Vəqfi tərəfindən təşkil olunub.

Qeyd edək ki, Əbülfəz Elçibəyin vəfatından 20 il keçir.

O, 2000-ci il avqustun 22-də müalicə olunduğu Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib.

Ə.Elçibəy Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.(APA)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR