"Azexport" portalına daxil olan ixrac sifarişləri 7,5% artıb

Bu ilin yanvar-avqust aylarında “Azexport.az” portalına 429,4 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5% çoxdur.

2020-ci ilin avqust ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 54,9 mln. ABŞ dolları təşkil etmiş və ötən ilin müvafiq ayı ilə müqayisədə 4,2% çox, bu ilin iyul ayı ilə müqayisədə isə 0,2% azdır.

Ümumilikdə, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 avqust tarixinədək (44 ay ərzində) “Azexport” portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,14 mlrd. dollar təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR