Polad Bülbüloğlu Silahlı Qüvvələrə Yardım Fonduna ianə etdi

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin əməkdaşları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna könüllü olaraq öz məvaciblərindən 8750 ABŞ dolları köçürüblər.

Bu barədə Metbuat.az-a Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, həmçinin Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu da şəxsi vəsaiti hesabından Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 5000 ABŞ dolları ianə edib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR