A seriyasının ən çox qazanan futbolçuları -

"La Gazzetta dello Sport" nəşri İtaliya A seriyasının ən çox qazanan futbolçularının siyahısını dərc edib.

Metbuat.az xəbər verir ki, siyahının ilk pilləsində "Yuventus"un hücumçusu Kriştiano Ronaldo qərarlaşıb. O, vergiləri çıxmaq şərti ilə ilinə 31 milyon avro qazanır. Portuqaliyalı oyunçunun komanda yoldaşı Matteys de Liqt 8 milyon avro ilə 2-ci pillədə qərarlaşıb. Romelu Lukaku ("İnter"), Edin Ceko ("Roma"), Kristian Eriksen ("İnter") 7,5 milyon avro ilə 3-5-ci pillələri bölüşdürürlər.

A seriyasının ən çox qazanan 10 oyunçusu

1. Kriştiano Ronaldo ("Yuventus") – 31 milyon avro;

2. Matteys de Liqt ("Yuventus") – 8 milyon

3-5. Romelu Lukaku ("İnter") – 7,5 milyon

3-5. Edin Ceko ("Roma") – 7,5 milyon

3-5. Kristian Eriksen ("İnter") – 7,5 milyon

6. Paulo Dibala ("Yuventus") – 7,3 milyon

7-10. Zlatan İbrahimoviç ("Milan") – 7 milyon

7-10. Aleksis Sançes ("İnter") – 7 milyon

7-10. Adrien Rabyo ("Yuventus") – 7 milyon

7-10. Aaron Remzi ("Yuventus") – 7 milyon


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR