Arda Turan Türkiyə millisinin baş məşqçisi olacağı ilə bağlı iddialara münasibət bildirib.
Metbuat.az xəbər verir ki, Ukraynanın “Şaxtyor Donetsk” klubunu çalışdıran mütəxəssis hazırda komandasından ayrılmaq niyyətində olmadığını açıqlayıb. Vinçentso Montellanın vəzifəsindən ayrılmasından sonra Türkiyə millisinin baş məşqçi postuna namizədlər arasında adı hallanan Turan bu vəzifəyə göstərilən marağın onun üçün böyük şərəf olduğunu deyib.
Keçmiş futbolçu Türkiyəni və bayrağını çox sevdiyini vurğulayıb. O, ölkəsini müxtəlif yollarla təmsil etməyin mümkün olduğunu bildirərək müharibənin davam etdiyi bir vaxtda “Şaxtyor Donetsk”i yarı yolda qoymayacağını qeyd edib.
Qeyd edək ki, Arda Turanın Ukrayna klubu ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır.