“Fənərbaxça” qış transfer pəncərəsində heyətində dəyişikliklər etməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi zədələnən Ceyden Ostervolde və az oyun şansı qazanan Dorgeles Neneylə yollarını ayırmağı planlaşdırır. Bildirilir ki, klub rəhbərliyi bu addımla həm legioner limitində yer açmaq, həm də gəlir əldə etmək niyyətindədir. “Takvim” qəzetinin məlumatına görə, Ostervoldenin başqa komandaya icarəyə verilməsi nəzərdən keçirilir. Ötən mövsüm “Fənərbaxça”ya qoşulan Dorgeles Nene isə bu mövsüm baş məşqçi İsmayıl Kartaldan kifayət qədər şans ala bilməyib. Məlumata görə, futbolçu klubdan ayrılmaq istəyir.

Bildirilir ki, İstanbul təmsilçisi yarımmüdafiə xəttini gücləndirmək üçün Fransanın “Loryan” klubunda çıxış edən Artur Avomu gündəminə alıb. Məlumata görə, “Fənərbaxça” artıq kamerunlu futbolçunun meneceri təmas qurub.