Bu günün tarixi: gün var əsrə bərabər

Bu günün tarixi: gün var əsrə bərabər
10:22 18 Yanvar 2015
144 Dünya
Ölkə mətbuatı
A- A+

1941-ci ildə Azərbaycan kinorejissoru Eldar Quliyev anadan olub
Miladi: 18 yanvar 2015
Hicri: 26 Rəbiyəl-əvvəl 1436

İlin 18-ci günü
İlin sonuna 347 gün qalır

Bu günün namaz vaxtları:

Fəcr - 06.47
Günəş - 08.01
Zöhr - 12.55
Əsr - 15.44
Məğrib - 17.56
İşa - 19.16

1258 – Hülakü xan Bağdadı mühasirəyə alıb.

1654 – Rus imperiyası Ukraynanı işğal edib.

1689 – fransız filosof Şarl Lui Monteskyö anadan olub.

1778 – İngilis səyyah Ceyms Kuk Havay adalarını kəşf edib.

1825 – Moskvada "Bolşoy Teatr" açılıb.

1871 – Alman imperiyası (İkinci Reyx) elan edilib.

1896 – Rentgen (X-şua) cihazı ilk dəfə Nyu-Yorkda nümayiş etdirilir. Yaradıcısı əvvəlcə ona "X" adı ona görə vermişdi ki, şüanın xarakteristikası o zaman fizikaya bəlli deyildi.

1903 – tanınmış Azərbaycan pedaqoqu və təhsil təşkilatçısı Mehdi Mehdizadə anadan olub.

1904 – ABŞ və Böyük Britaniya aktyoru Keri Qrant anadan olub.

1911 – İlk dəfə təyyarə gəminin üzərinə endi. Pilot Eugene B. Ely, San-Françisko limanında olan USS Pensilvaniya gəmisinə enmişdir.

1919 – Paris sülh konfransı işə başlayıb. Konfransda dünya dövlətlərinin yeni sərhədləri müəyyən edilib.

1923 – BBC-yə İngiltərədə radio yayımına görə lisenziya verilmişdir.

1926 – Yusif Vəzir Çəmənzəminlinin sovet vətəndaşlığı bərpa edilib.

1926 – "Knyaz Potyomkin zirehli gəmisi" filmi ekranlara çıxıb.

1927 – Amerika Senatı Lozan konfransının qərarlarını ratifikasiya etməkdən imtina edib.

1941 – Azərbaycan kinorejissoru Eldar Quliyev anadan olub.

1943 – Sovet ordusu Leninqradın 872 gün davam edən mühasirəsini yarıb.

1947 – aktyor, rejissor Takeşi Kitano anadan olub.

1947 – Azərbaycan xalq artisti, rəqqasə Afaq Məlikova anadan olub.

1955 – aktyor Kevin Kostner anadan olub.

1990 – Erməni silahlı qüvvələri Şərur rayon Kərki kəndi işğal edib.

1990 – 13 yanvarda başlayan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi (AKP MK) büro iclasları başa çatıb. İclaslarda respublikadakı vəziyyət müzakirə edilib, iştirak edənlər güc tətbiq etmənin zəruri olduğunu bildiriblər. Etiraz edən olmayıb.

1991 – "Səhrada tufan" əməliyyatının ardından İraq ordusu Tel Əvivə və Hayfaya Scud raketləri atıb.

1996 – Maykl Cekson ilə Lisa Marie Presleynin iki il davam edən evlilikləri boşanma ilə sona çatmışdır.

2005 – 800 sərnişin tutumlu "Airbus A380" təyyarəsi Fransanın Tuluz şəhərində mediaya təqdim edilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR