Fransada müsəlmanlara qarşı şiddət: "Bura Fransadır, niyə ərəbcə danışırsan?"

Fransa prezidenti Emanuel Makronun İslama qarşı irqçi siyasəti ölkədə irqçi hücumlara səbəb olmağa başlayıb.

Metbuat.az xəbər verir ki, Anqer şəhərində İordaniya vətəndaşı olan 2 şəxs şiddətə məruz qalıb. Ərəbcə müəllimi Məhəmməd Əbu Əid və bacısı Həba avtobus dayanaca\ında gözləyərkən 2 nəfər onlara sataşmağa başlayıb. Bu daha sonra avtobusda davam edib və şiddətə çevrilib.

Məhəmməd Əbu Əid bildirib ki, irqçi şəxslər onlardan ölkələrinə geri dönmələrini tələb edib. Onlar ərəbcə danışan İordaniyalılara "Bura Fransadır, niyə ərəbcə danışırsız?" deyə səsləniblər.

Mənbə: Haber7


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR