Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutur.
Metbuat.az xəbər verir ki, düşmən Bərdə istiqamətinə 3 raket zərbəsi endirib.
Onlardan ikisi zərərsizləşdirilsə də, biri rayonun Qarayusifli kəndinə düşüb. Nəticədə 1 mülki vətəndaşımız həlak olub, yaralılar var.