Hikmət Hacıyev: “Ermənistan davamlı hərbi itkilərini kompensasiya etmək üçün mülki insanları öldürür”

“Davamlı hərbi itkilərini kompensasiya etmək üçün Ermənistan humanitar atəşkəsi pozub mülki insanları öldürərək müharibə cinayətləri törədir”.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib.

“Bərdə rayonuna reaktiv raketlərlə hücum edilib. İndiyə qədər 3 nəfər həlak olub, uşaqlar və qadınlar da daxil olmaqla, 10 nəfər ağır yaralanıb”, - deyə H. Hacıyev qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR