Ermənilərin Rusiya fiaskosu

Ermənilərin Rusiya fiaskosu
10:52 18 Yanvar 2015
103 Dünya
Ölkə mətbuatı
A- A+

"Onlar Ermənistana və Rusiyadakı ermənilərə qulluq etməyiblər"
Ermənilər öz aralarında qaldırdıqları yeni vəsatətə imza toplayırlar.

Anspress-in məlumatına görə, vəsatətə əsasən, ermənilər Rusiya erməniləri birliyinin (REB) sədri Ara Abramyan və onun müavini Levon Mukanyanın vəzifəsindən azad olunmasını tələb edirlər.

Vəsatətdə deyilir: “Biz Rusiya və bütün dünya erməniləri, xalqımız və dövlətimizdən narahatlıq duyaraq Ara Abramyan və onun işçisi Levon Mukayanın başçılıq etdiyi REB rəhbərliyindən istefa etmələrini tələb edirik. Bu insanlar Rusiyada olan erməni diasporunun əsas təşkilatına başçılıq vəzifəsini öz üzərlərinə götürəndən bəri həmin illər ərzində bu diaspora heç inkişaf etmir. Yalnız bu təşkilat sponsorluq etmədiyi tədbirlərdə nəsə əldə oluna bilib. REB-in əsas vəzifəsi Ermənistana və Rusiyadakı ermənilərə qulluq etmək olmayıb. Bu qul və yaltaq təşkilat Rusiya erməniləri üçün hansısa bir fəaliyyətlə, onların milli tərbiyəsi ilə məşğul olmur. Rusiyanın erməni diasporu dəhşət gətirəcək sürətlə assimlyasiya olunur. Gənclərin yarısı doğma erməni dilində danışmır, erməni mədəniyyəti və ənənələrindən uzaqlaşır. REB anti-milli siyasət yürüdərək bunlarla mübarizədə heç bir fəaliyyət göstərmir”.

Lakin vəsatətin qaldırılmasının əsas səbəbi sonda qeyd elunur. Burada 12 yanvar Gümrüdə 6 nəfəri öldürən Valeri Permyakovun Ermənistnan təhvil verilməsinə Rusiyanın rədd cavabına REB-in heç bir tənqidedici bəyanat verməməyi nəzərə çatdırlır.

Qeyd edək ki, Levon Mukanyan sosial şəbəkələrdə anti-Rusiya siyasətindən qaçmağı tövsiyə edərək, etirazçıları marionet davranışda günahlandırıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR