Düşmənin SON ÇIRPINIŞLARI -

Qarabağ döyüşlərində Azərbaycan ordusu qarşısında məhv edilən erməni silahlı qüvvələri şəxsi heyət baxımından kasadlıq çəkdiyi üçün qadınları cəbhə bölgəsinə göndərib.

Metbuat.az xəbər verir ki, cəbhəyə göndərməyə kişi tapmayan Ermənistanın hərbi-siyasi rəhbərliyi qadınları önə verməyə başlayıb. Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan da bir neçə gün öncə döyüşlərdə iştirak etmək üçün qadınların könüllü müraciət etdiklərini bildirmişdi.


Erməni KİV-də yayılan məlumatlara görə vəziyyət o həddədir ki, qadınların "Sağlamlıq haqqında arayış”ına belə baxmadan onları cəbhəyə yola salırlar. Hərbi təlimlər zamanı çəkilən fotoşəkillərdən də görünür ki, Ermənistan ordusu görmə qüsuru olan qadınların mübarizəsinin ümidinə qalıb.

Görünən mənzərə onu deməyə əsas verir ki, düşmən cəbhədəki mübarizəni "kişilər” ilə deyil eynək taxan qadınlar ilə aparmaq niyyətindədir.




Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR