Baş Nazir Əli Əsədov Türkiyə səfirliyinə getdi

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov noyabrın 4-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinə gedərək, səfir Erkan Özoral ilə görüşüb.

Bu barədə Nazirlər Kabinetinin (NK) mətbuat xidmətindən bildirilib.

Baş Nazir Əli Əsədov Türkiyə Respublikasının keçmiş Baş Naziri, görkəmli siyasətçi və dövlət xadimi Məsud Yılmazın vəfatı ilə əlaqədar başsağlığı verib.

Baş Nazir səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR