“Neftçi” “Qarabağ”a qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulacaq.Metbuat.az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutacaq.

Əvvəlcə “Bakcell Arena”da "Neftçi" və "Qarabağ" komandaları üz-üzə gələcək. Azərbaycan derbisində qalib gələcək komanda liderliyə yüksələcək. Heç-heçə təqdirində isə klublar indiki mövqelərində qalacaq.

Günün sonuncu matçında isə "Sabah" Masazırda “Zirə”ni qəbul edəcək. Əslində bu görüş noyabrın 6-da keçirilməli idi. Lakin "Sabah"ın heyətində koronavirus şübhəsi olan futbolçuların aşkarlanması səbəbindən oyun bu günə təxirə salınıb.

Qeyd edək ki, ilk oyun günündə "Keşlə" "Qəbələ"ni 3:1, "Səbail" "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası
9-cu tur
8 noyabr

15:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Orxan Məmmədov
Bakı. “Bakcell Arena”.

17:00. “Sabah” – “Zirə”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Nahid Əliyev, Fərid Hacıyev
Masazır. “Bank Respublika Arena”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR