Döyüşə “gedən” Petrosyan teatrda peyda oldu

Bir neçə gündür ki, erməni mətbuatı aktyor, ssenarist Vardan Petrosyanın oğlu ilə birgə Qarabağda döyüşdüyünü yazırdı.

Metbuat.az xəbər verir ki, bu barədə aktyor özü “Facebook” səhifəsində yazıb ki, haqqında yayılan məlumat yalandır, hazırda döyüş bölgəsində yox, teatrdadır:

“Əziz dostlar, cəbhəyə getməyim və ya “Artsax”da (Qarabağ-red.) olmağım barədə internetdə xəbərlər dolaşır. Bu yalan məlumatdır. Düşünürəm ki, anlaşılmazlığın səbəbi reportajların birindən olan hərbi geyimimdəki fotodur. Oğlum Hayk Qarabağda, mən isə Ermənistandayam. Gümrü Dövlət Teatrında teatr tamaşalarımı davam etdirirəm”.



Xatırladaq ki, sosial şəbəkələrin erməni seqmenti həmin fotonu paylaşaraq “erməni döyüş ruhu” adıyla ata-balanın Qarabağda savaşdığını təbliğ edirdi. Amma feyk xəbərləri ilə ad çıxaran Ermənistan mətbuatı və sosial şəbəkə səhifələri yenə ifşa edildi.(Azvision.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR