Rusiya helikopertləri Xankəndi səmasında...

Rusiyaya məxsus Mi-8 və Mi-24 helikopterləri Azərbaycanın Xankəndi və Ermənistanın Gorus şəhərlərinə gəlib.

Metbuat.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, helikopterlər rusiyalı sülhməramlı qüvvələrin Qarabağa hərəkətini havadan müşayiət edib.

“Helikoper heyətləri Yerevanın Erebuni aerodorumundan Xankəndi və Gorus yaşayış məntəqələrinə marş edən sülhəmramlı hərbi karvanı müşayiət edib”-deyə rəsmi xəbərdə deyilir.

Təmas xəttində atəşkəsə nəzarət missiyasını yerinə yetirən helikopterlər şəxsi heyətin daşınmasında da iştirak edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR