Paris meriyası qondarma Dağlıq Qarabağı tanımağa hazırlaşır

Paris meriyası qondarma Dağlıq Qarabağı tanımağa hazırlaşır.

Metbuat.az bildirir ki, bu barədə diplomatik mənbələrdən bildirilib. Separatçı qurumun tanınması təşəbbüsünün Fransa paytaxtının meri Enn İdalqodan gəldiyi qeyd olunur.

Bu proses Fransanın son dövrlər, eləcə sentyabrın 27-dən sonra aparılan hərbi əməliyyatlar zamanı nümayiş etdirdiyi siyasətin tərkib hissəsi kimi görünür.

Ermənilərə yaxınlığı ilə tanınan E. İdalqonun bundan əvvəl də həm Ermənistanı, həm də separatçı Dağlıq Qarabağ rejimini dəstəkləyən təşəbbüsləri olub, marafonlar təşkil edib. (Apa)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR