Biz həmişə uduzduğumuz zaman qaçıb kömək istəyirik - Erməni diplomat Jirayr Liparityan

.

“Bu, yalnız hakimiyyət məsələsi deyil. Erməni siyasətinin spektrinə baxın. Yalnız bir partiyadan başqa hamısı ultra-vətənpərvərdir. Respublika Partiyasında, ”Çiçəklənən Ermənistan"da, “İşıqlı Ermənistan”da, Erməni İnqilab Federasiyası - Daşnaksütyunda və ya başqa hansısa bir partiyada vaxtilə beynəlxalq birliyin bizə söylədiklərini dinləməyi təklif edən siyasətçi görmürəm”.

Metbuat.az xəbər verir ki, bu sözləri ABŞ-da yaşayan Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın sabiq müşaviri, uzun müddət Dağlıq Qarabağa dair danışıqları kurasiya etmiş, bu məsələdə az-çox obyektivliyi ilə tanınmış erməni diplomatı, Qarabağla bağlı mərhələli həllin tərəfdarı olmuş Jirayr Liparityandır.

O, BBC-yə (rusca) müsahibəsində 44 günlük müharibədə ölkəsini kapitulyasiyaya gətirən səbəblərdən, o sırada erməni ictimai-siyasi şüurunu sarmış ultra-millətçilik virusundan danışarkən deyib ki, beynəlxalq birliyin rəyi bizdən ötrü mühüm olmalı idi. Çünki uduzduğumuz zaman qaçıb ondan kömək istəyirik. Onlardan bacarmadıqlarını etməyi xahiş edirik.

Liparityan Ermənistanın məğlubiyyəti haqqında: “Biz qeyri-mümkün olanı  istədik”

Bu xüsusda o, kapitulyasiyaya görə ilk növbədə yanlış düşüncə tərzi daşıyan erməni siyasi elitasını, cinayətkar maksimalist mövqedən qurtula və Azərbaycanın iqtisadi-hərbi gücünü hesablaya bilməyən erməni liderlərini suçlu sayır, təkcə Nikol Paşinyanı yox.

“Mənə elə gəlir ki, müxtəlif siyasi qüvvələrdə belə bir hissiyyat var idi ki, Qarabağ - təkcə bizim problemimiz deyil və qoy onu vasitəçilər həll etsin, həll etməsələr də, qorxulu bir şey yox, hələ vaxtımız var, müharibə olsa, qalib gələcəyik. Belə düşüncə geniş yayılmışdı və bütün siyasətçilər ona görə məsuliyyət daşıyır. Bu, siyasi fəhm çatışmazlığıdır, qarşımızda kimin olduğunun anlamamaq və istəklərimizlə reallığın fərqini bilməməkdir. Nəhayət, bu, siyasi mədəniyyət problemidir. Odur ki, Paşinyan getməlidir deyəndə mən soruşuram - bəs onun yerini kim tutacaq?”

Məsələ də ondadır ki, müharibədəki ağır məğlubiyyətdən və Ermənistanın az qala, quyunun dibinə düşməsindən sonra da N.Paşinyan artıq mövcud olmayan qanunsuz qurumun “müstəqilliyinin” tanınması vacibliyindən dəm vurur, nəinki təcili şəkildə Azərbaycan və Türkiyə ilə dil tapmağın, həyati əhəmiyyət daşıyan ikitərəfli əlaqələrin normallaşması yolları barədə düşünür. Yəqin ki, o, həm də daxildəki ictimai-siyasi ovqatdan çıxış edərək belə mövqe sərgiləyir.

Liparityan bu məqamla bağlı sualı da cavablandırıb:

“Mən də onu deyirəm ki, mentalitet dəyişməyib. Bu bizim siyasi təfəkkürümüzün əsas problemidir və bu problemin az qala 200 il yaşı var. Yəni, o, təz deyil. Bizə belə xoşdur, bizə illüziyalar xoş gəlir. Arzu ilə yaşamaq - bizim həyat strategiyamızdır. Ancaq arzulamaq strategiya deyil”, - deyə Ter-Petrosyanın müşaviri qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR