''Ərdoğanın Bakıya səfəri yeni bir siyasi mərhələyə səbəb olacaq'' -

''Azərbaycanda keçiriləcək qələbə paradında Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın iştirak etməsi Türkiyə-Azərbaycan əlaqələrinə yüksək inkişafına səbəb olmaqla yanaşı , Türkiyənin Azərbaycana verdiyi dəstəyin siyasi nümunəsidir''.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Məhəmməd Əsədullazadə bildirərək qeyd edib ki, Ərdoğanın gəlişi dünyaya Ankara-Bakı arasında yüksək əməkdaşlığın mesajı olacaqdır.

Ərdoğanın bu səfəri ikitərəfli hərbi əməkdaşlığın yeni mərhələsi olacaqdır. Burada sülhməramlıların Qarabağda fəaliyyəti və monitorinq mərkəzinin iş prinsipi də müzakirə ediləcəkdir. Bundan əlavə Ermənistan ilə növbəti mərhələdə sülh danışıqlarının müzakirəsi, Mehri dəhlizi barədə danışıqlar aparılacaqdır. Həmçinin Bakı-Naxçıvan-Qars dəmir yolu xəttinin tikintisi məsələsi də müzakirə ediləcəkdir.

Politoloq bildirdi ki, Türkiyə Cənubi Qafqazda mövqeyini möhkəmləndirir. Türkiyə Azərbaycan əlaqələrinin inkişafı regionda separatizm, işğalçılıq həmçinin Qarabağla bağlı qaranlıq qalan bütün məsələlərin həllinə rəvac verəcəkdir.

''Son vaxtlar Rusiyalı sülhməramlı missiyasından kənar addımlar atan Qarabağda separatizmlə məşğul olan erməni dəstələrinə qarşı Bakı-Ankara arasında müəyyən sistem formalaşdırılacaqdır. Bu məqsədlə də Rusiya ilə müəyyən danışıqlar həyata keçiriləcəkdir. Dağlıq Qarabağda özünümüdafiə dəstələrinin hərbi birləşmələrinin ləğvi istiqamətində müəyyən işlər görüləcəkdir.

Qeyd edim ki, aparılacaq bu müzakirələr Azərbaycanın lehinədir. Müharibədən sonra Ərdoğanın Bakıya səfəri yeni bir siyasi mərhələyə qədəm qoymaqla bərabər Azərbaycanın xeyrinə regionda müsbət dəyişikliklərə səbəb olacaqdır.''

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı