"Biz Azərbaycan xalqının sevincini bir yerdə bölüşəcəyik" -

Azərbaycanın rəşadətli ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə öz ərazilərini azad etdi.

Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri ərəfəsində deyib.

O, Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib:

"Bu gün Qarabağ səmasında Azərbaycan bayrağı dalğalanır. Biz ilk gündən Azərbaycanı dəstəkləmişik".

O bildirib ki, Türkiyə əvvəlki kimi Azərbaycanı dəstəkləməkdə davam edəcək:

"Sabah biz Azərbaycan xalqının sevincini bir yerdə bölüşəcəyik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR