"Netflix"də ən çox izlənilər seriallar açıqlandı

Bu il “Neftlix”də ən çox baxılan serialların siyahısı açıqlanıb.

Metbuat.az bildirir ki, siyahı “Huffington Post” tərəfindən tərtib edilib.

Siyahıya “Kraliçanın qambiti” adlı dramatik mini-serial başçılıq edir. “Kraliçanın qambiti” Kentukki ştatından olan yetim qızın şahmatda uğur qazanmaq istəyindən bəhs edir. İkinci yerdə isə Pendlton Uordun “Gecəyarısı Yevangeliyası” animasiya filmi qərarlaşıb. Siyahıda yer alan digər animasiya filmi isə “At BoCek”dir.

Siyahıda yer alan seriallardan biri də “Ortodoksal olmayan” ekran işi olub. Serialda hasidi icmasından qaçıb Berlindən yeni həyata başlamaq istəyən yəhudi qadından bəhs olunur.

Britaniya kral ailəsinin həyatlarından bəhs edən “Tac” bioqrafik dramı da siyahıda yer alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR