Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən aksiya iştirakçıları Müdafiə Nazirliyinə gedən avtomobil yolunu bağlayıb.

Metbuat.az xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, onlarla aksiyaçı “Nikol - satqın!” şüarını söyləyərək Yerevanın Moldovakan və Totoven küçələrinin kəsişməsində hərəkətin qarşısını alıb.