"Vaksinin effektivliyi və təhlükəsizliyi haqqında hələ tam dəqiq məlumat vermək çətindir, ancaq ümidverici xəbərlər var".

Metbuat.az xəbər verir ki, bunu TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brinfinqdə deyib.

Onun sözlərinə görə, müxtəlif şirkətlər tərəfindən təklif edilən vaksinlər var:

ABŞ-Almaniya tərəfindən birgə istehsal edilən,

Rusiya (Sputnik V),

ABŞ (Moderna) Oxford Universitetində (İngiltərə, İsveç alimləri və AstraZeneca Şirkəti ilə birgə hazırlanan)

Çində (Sinovac) istehsal edilən vaksinlər.