Maskadan istifadə nə vaxta kimi davam edəcək? -

"Vaksinasiyadan sonra maska taxılması ilə bağlı sualı xarici ölkələrdəki alimlərə də vermişik. Bir şeyi bilməliyik ki, maskalardan istifadəni əhalinin böyük bir hissəsi immunizasiya olunana kimi davam etmələyik".

Metbuat.az xəbər verir ki, bunu TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brinfinqdə deyib.

Onun sözlərinə görə, əksər vaksinlərdə ikinci dozadan sonra immunitetdə anticisimlər yaranır:

"Bu baxımdan da rahatlaşmaq olmaz. Maska taxmaqla həm özünüzü, həm də ətrafınızdakıları qoruyursuz. Əhalinin vaksinasiyası başa çatana qədər maska taxmalı və buna özümüzü alışdırmalıyıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR