TƏBİB: Azərbaycan koronavirusa qarşı vaksinasiyanı ən erkən tətbiq edən ölkələrdən biri olacaq

“Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizə çərçivəsində nümunəvi ölkələr siyahısına daxil etmişdi”.

Metbuat.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O, koronavirusla mübarizədə olduğu kimi, vaksinasiya məsələsində də Azərbaycanın nümunəvi ölkə olacağına əminliyini ifadə edib: “Əminik ki, dövlətimiz ölkə rəhbərinin xüsusi diqqət və qayğısı ilə vaksinasiyanı ən erkən tətbiq edən ölkələrdən biri olacaq. Vaksinasiyanın ən təhlükəsiz və ən effektiv olması xüsusi diqqətdə saxlanılan məsələdir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR