Fuad Hacıyev: "Millionaire Concept Network son 10 ildə Bakıda gördüyüm möhtəşəm layihələrdən biridir" -

"Millionaire Concept Network"in layihəsi olan və İnstaqram sosial şəbəkəsi üzərindən aparılan "Here We Are" öz izləyicilərini tanınmış və maraqlı qonaqlarla sevindirməyə davam edir.

"Live talking" formatında keçirilən bu layihədə "Millionaire Concept Network"in üzvləri və populyar simalar iştirak edirlər.

Metbuat.az xəbər verir ki, Elkhan Hussein-nin apardığı canlı yayımın budəfəki qonağı məşhur stilist və öz üslubu ilə fərqlənən Fuad Hacıyev olub. Hər zaman fərqlilik axtarışında olan Fuad ilk olaraq 2014-cü ildə Azərbaycana gətirdiyi "Barbershop" anlayışından danışdı və bildirdi ki, onun başçılıq etdiyi kollektiv ölkəmizə yad olan bu sözü qısa müddət ərzində tanıtmağı bacarıb. Söhbət zamanı stilist özünün yaratdığı "40barbar" salonundan da söz açıb. Bu salon digər salonlardan öz dizaynı, ab-havası ilə çox fərqlənir, çünki bura gələn müştərilər təkcə gözəl saç düzümü üçün deyil, eləcə də bir fincan qəhvə içib, dincəlib, maraqlı bir zaman keçirmək üçün gəlirlər.

Uğur formulasından danışan həmsöhbət qeyd etdi ki, hər bir insanın öz sirrləri var. Onun bu mövzuda sirri isə çox sadədir: inanmaq, güclü olmaq və başladığın işdən qorxmamaqdır. Öz arzularından söhbət edən Fuad Hacıyev Elkhan-a bildirdi ki, gələcəkdə dünyaca məşhur müğənni olan Madonna ilə işləmək istəyir.

Daha sonra "Millionaire Concept"in ilk qala gecəsindən danışan stilist vurğuladı ki, həmin gecə son 10 il ərzində Bakıda gördüyü ən möhtəşəm tədbirlərdən biri idi. Onun sözlərinə görə, dəvət olunan qonaqlar və gecənin atmosferi bir-birini tamamlayırdı. Yenilikləri sevən Fuad həmçinin söylədi ki, cəmiyyəti maraqlandıran yeni simaları dəvət etməklə bu tədbirlərin sayı artırılsa daha gözəl olar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR