Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyətə Brüsselə səfər edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclasında iştirak etmək məqsədilə Brüssel şəhərinə yola düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə XİN-in Mətbuat Xidməti idarəsi məlumat yayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Avropa İttifaqı, eləcə də Belçika Krallığının rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR