Bu günədək dünyada koronavirusla mübarizəyə xərclənən məbləğ məlum oldu

Bu günədək dünyada COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində iqtisadi dəstək məqsədilə ayrılan vəsaitin həcmi 13 trilyon dolları keçib.

Metbuat.az xəbər verir ki, bu barədə Yaponiyanın "Nikkei" nəşri yazır. Qeyd olunur ki, aparıcı ölkələrin bu məqsədlə ayırdığı vəsait 2021-ci ildə ölkələrin ümumu daxili məhsulunu 125 faizini təşkil edəcək.

Xatırladaq ki, bu günədək dünyada koronavirusa yoluxanların sayı 78,5 milyon nəfərə yaxınlaşıb, 1,7 milyondan çox şəxs vəfat edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR