Benzinlə çalışan avtomobillərin gömrük rüsumu endirilməzsə...-

''Dizellə çalışan avtomobillərin ölkəyə gətirilməsindən sonra dizelin qiymətinin artımının zəruri olduğu qeyd olunacaq. O halda kənd təsərrüfatı ilə bağlı məsələ aktuallaşacaq. Zərəri bağlamaq hökumətin üzərinə düşəcək''.

Bu açıqlamanı Metbuat.az-a iqtisadçı ekspert Elman Sadıqov bildirib.Ekspert deyir ki, əgər ekologiyanı düşünürərək bu qərar verilibsə o zaman ölkədəki maşın parkının yenilənməsi bu sahədə uğurlu nəticələrin əldə olunmasına səbəb olacaqdır. Bu sayədə ekologiyaya daha az zərər vuran avtomobillərin ölkəyə gətirilməsi müsbət addım olardı.

''Benzinlə işləyən, Avro 4 standartlarına cavab verən və mühərrik həcmi 2.4-ə qədər olan avtomobillərin ekologiyaya vurduğu zərər, dizel və benzinlə çalışıb böyük həcmli mühərriklərə malik olan və Avro 4 standartlarından aşağı avtomobillərdən qat-qat aşağıdır. Bunu mən gömrük rüsumlarına yenidən baxılması nəzərindən bir daha qeyd edirəm.

Elektriklə işləyən avtomobillərə xidmət edə biləcək elektrik doldurma məntəqələri infrastrukturu yox dərəcəsindədir. Bunun haqqında fikirləşib elektriklə işləyən avtomobillərin idxalını təşviq etmək lazımdır. Hibridlə çalışan avtomobillərə isə bu cür məntəqələr vacib deyil.

Dizellə çalışan avtomobillərin gömrük rüsumunun artırılması ilə yanaşı benzinlə işləyən, Avro 4 standartlarına cavab verən və mühərrik həcmi 2.4-ə qədər olan avtomobillərin gömrük rüsumlarının endirilməsi vacibdir. Əgər məsələ birtərəfli olarsa yəni, təkcə dizellə işləyən avtomobillərin gömrük rüsumu artırılıb qeyd etdiyim standartlara cavab verən benzinlə çalışan avtomobillərin gömrük rüsumu endirilməzsə yenə ekoloji problem və köhnə avtomobil parkı məsələsi həll olunmamış qalacaqdır''.

Elman Sadıqov bildirdi ki, dizelin qiymətinin artırılması insanları dizellə işləyən avtomobillərdən imtina edib benzinlə işləyən avtomobillərin istifadəsinə sövq etməyəcək.

Bəs buna səbəb nədir?

''Əvvəla, dizellə işləyən avtomobillər xaricdə daha ucuzdur. Bizdə isə gömrük rüsumu benzinlə işləyən avtomobillərlə bərabərdir. İkincisi, hətta dizel və benzinin qiymətləri eyni olsa, yenə dizellə işləyən avtomobillər daha qənaətcildir. Çünki, dizellə işləyən avtomobillərin yanacaq sərfiyyatı aşağıdır.Burada başqa səbəblər də çoxdur.

Ekspert qeyd etdi ki, ekologiyanı qorumaq məqsədimizdirsə o zaman benzin və dizelin keyfiyyətinin heç olmasa standartlara cavab verməsi vacibdir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı