İstanbul derbisinin vaxtı açıqlandı

Türkiyə Superliqasının 24-cü turunda “Fənərbaxça” və “Qalatasaray” arasında keçiriləcək oyunun vaxtı açıqlanıb.

Metbuat.az xəbər verir ki, İstanbul derbisi fevralın 6-da oynanılacaq.

“Şükrü Saracoğlu” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında bu mövsümün ilk dövrəsində “Türk Telekom Arena”da keçirilən oyunda hesab açılmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR