x
Loading...

Türkiyə dənizçilərin xilas edilməsi üçün hərəkətə keçdi

.

Türkiyə rəsmiləri Nigeriya sahillərində "Mozart" gəmisinin dəniz quldurları tərəfindən qaçırılan heyət üzvlərinin tapılması istiqamətində fəaliyyətə başlayıb.

Metbuat.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə gəminin dördüncü kapitanı Furkan Yaren arasında telefon danışığı olub. Ölkə rəhbərliyinə son vəziyyətlə bağlı məlumat verilib.

Hazırda gəminin Qabona doğru hərəkət etdiyi məlum olub.

Çavuşoğlu gəminin məxsus olduğu şirkətin rəhbəri Osman Levent Karsanla telefonla danışaraq qaçırılan dənizçilərin ən qısa zamanda evlərinə qaytarılması istiqamətində bütün imkanların səfərbər ediləcəyini bildirib.

Xatırladaq ki, ötən gün Türkiyə şirkətinə məxsus "Mozart" adlı yük gəmisinə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR