RUSİYA TƏSDİQLƏDİ: Türk əsgəri Qarabağa gəlir -

Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır.

Metbuat.az Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir ki, Dağlıq Qarabağdakı atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin tərkibində fəaliyyət göstərəcək Rusiya hərbçiləri atəşkəs rejiminə nəzarəti birgə yerinə yetirmək üçün təlim keçirlər:

"Onlar Azərbaycana getməyə hazırlaşırlar. Təlim zamanı hərbi qulluqçular Birgə Mərkəzin quruluşunu, məqsədini, vəzifələrini və funksiyalarını, işinin təşkili qaydasını, ərazilərində tapşırıqların yerinə yetirilməli olduğu ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər. Rusiya və Türkiyənin bərabər təmsil olunduğu Birgə Monitorinq Mərkəzinin heyəti vəziyyətin monitorinqi və atəşkəsə PUA vasitəsilə nəzarəti yerinə yetirəcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR