Xatirə İslam: "Virus mağazalara, marketlərə yox, bəy-gəlinə tərəf gəlir"

Müğənni Xatirə İslam sosial şəbəkədə toy qadağası ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, müğənni bir çox sahələrin fəaliyyətinə icazə verildiyi halda toylara qadağa qoyulmasını məsxərəyə qoyub:

"Artıq məlum oldu ki, virus açıq mağazalara, kassasının qarşısı dolu olan marketlərə, gözəllik salonlarına, hətta axşam saat 12-yə qədər işləyən restoranlara yox, yalnız bəy-gəlinə tərəf gəlir. Onunku ancaq bəylə gəlindir. Çalışın, evlənməyin".




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR