Gecə klubunda kütləvi dava: azərbaycanlı qətl törətdi

Gecə klubunda kütləvi dava: azərbaycanlı qətl törətdi
13:54 18 Yanvar 2015
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün səhər saatlarında Tatarıstanın Naberejnıe Çelnı şəhərində yerləşən "Galaxy" gecə klubu yaxınlığında ölümlə nəticələnən bıçaqlanma hadisəsi qeydə alınıb. Lent.az-ın report-a istinadən verdiyi xəbərə görə, müəyyən edilib ki, münaqişə kluba gələn üç yerli sakin və yeddi azərbaycanlı arasında baş verib.
 
Klubda düşən mübahisə kənarda davam etdirilib. Dava zamanı iştirakçılardan biri bıçaq çıxardaraq rəqiblərinə zərbə endirməyə başlayıb.
 
Nəticədə 32 yaşlı yerli sakin boynundan aldığı bıçaq zərbəsindən dünyasını dəyişib. Onun digər iki yoldaşı isə kəsilmiş-deşilmiş yaralarla ilə xəstəxanaya çatdırılıb.
 
Azərbaycanlılar taksiyə minərək hadisə yerindən uzaqlaşıblar.
 
İlkin məlumata görə, öldürülən şəxs digər klubda mühafizəçi işləyib.
 
Faktla bağlı cinayət işi qaldırılıb. İstintaq gedir.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR