İbrahimoviç və Lukaku arasındakı insidentlə bağlı cinayət işi açıldı

İtaliya kubokunun 1/4 final mərhələsinin "İnter" - "Milan" (2:1) oyununda meydan sahiblərinin futbolçusu Romelu Lukaku ilə qonaq komandanın hücumçusu Zlatan İbrahimoviç arasında baş vermiş insidentlə bağlı Respublika Məhkəməsində cinayət işi açılıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, müstəntiqlər işdə irqçilik elementlərinin olub-olmadığını müəyyənləşdirmək üçün araşdırma aparırlar.

İsveçli forvard artıq bu gün ifadə vermək üçün prokurorluğa çağırılıb. Belçikalı oyunçu da yaxın gələcəkdə eyni prosedurdan keçməli olacaq.

Qeyd edək ki, hər iki futbolçu bir-birilərini təhqir etdikləri üçün 1 oyunluq cəza alıblar. İrqçilik ittihamları ilə bağlı isə hələ qərar verilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR