x
Loading...

Məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada güclü yanğın - Ölən var

.

Sumqayıt şəhərində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binada yanğın olub.

Metbuat.az xəbər verir ki, hadisə zamanı Qubadlı rayonundan olan məcburi köçkün, 1972-ci il təvəllüdlü Məzahir Nuşirəvan oğlu Əhmədov yanaraq ölüb.

İçki düşkün olduğu deyilən M.Əhmədovun binanın mansarında yaşadığı və hadisə zamanı yatdığı üçün ölüb. Onun hansı səbəbdən öldüyü hələlik məlum deyil. Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, hadisə şəfa sanatoriyasının mansard hissəsində, 15 kvadrat metrdə baş verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR