Aİ əhalisinin 1,5 faizi peyvəndlənib

Son ay yarım ərzində Avropa İttifaqı (Aİ) əhalisinin 1,5 faizi koronavirusa qarşı peyvənd olunub.

Metbuat.az xəbər verir ki, bunu iqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Centiloni deyib.

O bildirib ki, Avropa İttifaqında peyvəndləmə dekabrın 27-dən etibarən başlayıb.

Avrokomissar bildirib ki, Aİ ərazisində əhalinin ümumilikdə 1,5 faizi peyvənd olunsa da, bu göstərici ayrı-ayrı ölkələr arasında kəskin fərqlənir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR