Teymur Rəcəbov 3-cü yer uğrunda mübarizəyə başlayır

Azərbaycan şahmatçısı Teymur Rəcəbov bu gün Çempionlar Turunun "Opera Euro Rapid" adlanan mərhələsində 3-cü yer uğrunda mübarizəyə başlayacaq.

Metbuat.az bildirir ki, 34 yaşlı qrossmeyster fransalı Maksim Vaşye-Laqravla üz-üzə gələcək.

Görüşlər iki gün davam edəcək. Şahmatçılar hər gün 4 oyun keçirəcəklər. İki günün qarşılaşmaları qalibi müəyyənləşdirməsə, tay-breyk oynanılacaq.

Rəcəbov yarımfinalda ABŞ təmsilçisi Uesli Soya, Vaşye-Laqrav isə norveçli Maqnus Karlsenə uduzub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR