Bərdədə ağır yol qəzası - Ölənlər və yaralananlar var+Fotolar

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın məlumatına görə, hadisə Yevlax-Ağdam yolunun Bərdə rayon Samux kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, "Vaz -2106", "Vaz-2107" və "Haval" markalı avtomobillər toqquşub. Hadisə zamanı 2 nəfər ölüb, bir neçə nəfər isə ağır xəsarət alıb. Ölənlərin və xəsarət alanların şəxsiyyəti araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Metbuat.az




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR