x
Loading...

DİM imtahanlarla bağlı aylıq hesabat açıqlayıb

.

Dövlət İmtahan Mərkəzi (DİM) beynəlxalq imtahanlarla bağlı aylıq hesabat açıqlayıb.

DİM-dən Metbuat.az-a bildirilib ki, fevral ayı ərzində Pearson VUE, ACCA, “Test po russkomu yazıku kak inostrannım” (ТРКИ), ICDL imtahanları keçirilib. Bu ay ərzində keçirilən beynəlxalq imtahanlarda ümumilikdə 10 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.

Qeyd edək ki, ACCA, ICDL, “Test po russkomu yazıku kak inostrannım” (ТРКИ) və Pearson VUE-nun imtahanları (PTE Academic və ixtisaslaşma imtahanları) DİM-də hər həftə keçirilir.

İmtahanlara qeydiyyat və digər məsələlərlə bağlı ətraflı məlumatla DİM-in saytında tanış olmaq mümkündür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR